Aktaudan 2 azərbaycanlının təxliyəsi nəzərdə tutulur

saytların hazırlanması

Evə çatdırılma

Aktaudan 2 azərbaycanlının təxliyəsi nəzərdə tutulur

Dünya

28 Dekabr 2024 15:24 374


Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alan 2 azərbaycanlının təxliyəsi məsələsi planlaşdırılır.

Yenisabah.az xəbər verir , bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Təyyarə qəzasında xəsarət alan iki azərbaycanlının təxliyəsi məsələsi üzrə həkimlərlə konsilium keçirilməsi və onların daşınmağa hazırlığının qiymətləndirilməsi nəzərdə tutulur. Xəstələr müxtəlif zədələrlə, əsasən, çoxsaylı zədələnmələrlə - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travmaları, travmatik şokla daxil olublar. Dominos pizza

Bundan əlavə, Qırğızıstanın səhiyyə orqanları ilə xəsarət alan 3 nəfərin daşınması məsələləri işlənilir, onlardan ikisi daşına bilər, biri ağır vəziyyətdədir.

Təyyarə qəzasında xəsarət alan 6 nəfərin vəziyyəti stabilləşib. Onlardan dördü reanimasiya şöbəsində, ikisi travmatologiyadadır. Vəziyyətlərində pisləşmə müşahidə olunmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!