Aktrisa: “Qızım atasından imtina edib”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa: “Qızım atasından imtina edib” - Video

Şou

25 Yanvar 2024 15:56 3892


“Uşaqlıqdan sevilmədim, döyüldüm, söyüldüm. Bir qız övladım var. Yaşadıqlarımı ona yaşatmaram”. 

Yenisabah.az Qafqazinfoya istinadla xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Günaydın, Azərbaycan” proqramında deyib. 

O bildirib ki, qızı atasından imtina edib: “Ayrıldıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var. Amma insanın iç üzü ortaya çıxır. 18 yaşında övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata yoxdur. Dedi ki, utanıram atamın soyadını daşımağa utanıram. Gəlib dedi ki, icazə ver onun soyadından imtina edim və sənin soyadını götürüm. Bu gün 21 yaşı var, universiteti bitirəcək”.  pizza sifarişi

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!