Aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi - Foto

Hadisə

19 İyul 2021 00:22 1658


Xəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.

Yenisabah.az xəbər verir ki, bu məsələ öz məntiqi davamını tapıb.

Belə ki, L.Süleymanova özünün “İnstagram” səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb. Marqarita pizza

Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!