“Akula” azadlığa çıxır

saytların hazırlanması

Evə çatdırılma

“Akula” azadlığa çıxır

Kriminal

02 May 2019 17:45 1379


Sabiq MTN-çilərdən biri hakim qarşısına çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, ləğv edilniş MTN-nin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş “Akula” ləqəbli Akif Əliyevin cəzası azaldılıb.

Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 ildən 4 ilə endirilib. Bu qərarla sabiq MTN-çinin yaxın aylarda azadlığa buraxılacağı gözlənilir. Marqarita pizza

Xatırladaq ki, A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub.

O, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin cinayət məsuliyyətinə cəlb edilən 21 əməkdaşından biri idi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!