Albert Eynşteynin qiyamət əlaməti hesab etdiyi fəlakət reallaşır: 500 milyonu məhv oldu

saytların hazırlanması

Evə çatdırılma

Albert Eynşteynin qiyamət əlaməti hesab etdiyi fəlakət reallaşır: 500 milyonu məhv oldu

Dünya

21 Avqust 2019 15:15 1436


Braziliyada son 3 ayda 500 milyondan çox arı məhv olub.

“Yeni Sabah” xarici mediaya əsasən xəbər verir ki, arıların ölümünə aqrokimyəvi maddələrin və pestisidlərin səbəb olduğu üzə çıxıb.

Avropa İttifaqı bir müdət öncə tərkibində zəhərli maddələr ( "neonicotinoid" və "fipronil") olan dərmanların kənd təsərrüfatında istifadəsini qadağan edib. Lakin Braziliya bu dərmanların istifadəsinə icazə verir. Sezar pizza

Dünyanın başqa ölkələrində də vəziyyət ürəkaçan deyil. ABŞ-da ötən il hər 10 bal arısı koloniyasının 4-ü məhv olub. Rusiyanın 20 bölgəsində kütləvi arı ölümləri baş verib.

Məşhur alim Albert Eynşteynin dünyanın sonuna dair dediyi "Əgər arılar Yer üzündən tamamilə silinərsə, insanın sadəcə 4 il ömrü qalar. Arı olmazsa, döllənmə, bitki, heyvan, insan olmaz", - sözünü xatırladan ekoloqlar SOS siqnalı verirlər. Onlar bildirirlər ki, artıq bu "qiyamət əlaməti" reallaşmağa başlayıb. 

Sabrina 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!