Aleyna Tilkidən “Grammy” uğuru

saytların hazırlanması

Evə çatdırılma

Aleyna Tilkidən “Grammy” uğuru

Şou

09 Oktyabr 2025 17:50 397


Karyerası, şəxsi həyatı, açıqlamaları və sosial media paylaşımları ilə tez-tez gündəmdə olan türkiyəli müğənni Aleyna Tilki beynəlxalq musiqi səhnəsində daha bir uğura imza atıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni “Kırlar” adlı albomu ilə musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri sayılan “Grammy”ə müraciət edib.

Daha əvvəl Avropanın ən böyük musiqi tədbirlərindən biri olan “Tomorrowland” səhnəsində çıxış edən ilk türk ifaçı kimi özünü beynəlxalq arenada tanıdan A.Tilkinin müraciəti qəbul edilib. pizza sifarişi

Gənc müğənni “Best global music albom” (ən yaxşı qlobal musiqi albomu) nominasiyasında qiymətləndirməyə daxil edilib və bunun onu çox həyəcanlandırdığını bildirib.

Qeyd edək ki, Türkiyədən “Manifest” qrupu və müğənni Melike Şahin də 68-ci “Grammy” mükafatları üçün namizədlik qiymətləndirməsinə qəbul olunublar.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!