Ali məktəbi xaricdə oxumaq istəyənlər üçün   VACİB XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəbi xaricdə oxumaq istəyənlər üçün VACİB XƏBƏR

Sosial

11 Mart 2025 16:04 431


Azərbaycanda xarici ölkələrdə təhsil almış gənclərin diplomlarının tanınması və onların iş tapmaqda üzləşdiyi çətinliklər gündəmdə qalmaqda davam edir. Bəzi işəgötürənlər xarici universitetlərdən məzun olanlara üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edirlər.

Təhsil eksperti Kamran Əsədovun Yenisabah.az-a verdiyi açıqlamada bu məsələlərin həllinə dair vacib məqamlar vurğulanıb.

Kamran Əsədov bildirib ki, bəzi şirkətlər xarici universitet məzunlarına üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edir və bilik və bacarıqlarını düzgün qiymətləndirmirlər. pizza sifarişi

Ekspert qeyd edib ki, xaricdə təhsil uğurlu karyera üçün mühüm amildir, lakin bu, iş tapmaq üçün kifayət deyil. O, işəgötürənlərin xaricdə təhsil alanların bilik və bacarıqlarını daha yaxşı qiymətləndirməli və onlara uyğun imkanlar yaratmalı olduqlarını vurğulayıb.

"Valideynlər və tələbələr də bu reallığı nəzərə almalı və xaricdə təhsili daha sistemli və məqsədyönlü şəkildə planlaşdırmalıdırlar. Əks halda, bir çox xaricdə təhsil alan gəncin diplomu yalnız evdə qalmaqda davam edəcək" – deyə ekspert bildirib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!