Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

Sosial

06 Mart 2025 01:19 320


Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq. Pepperoni pizza

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:

"Azərbaycan dili (dövlət dili kimi)" fənni imtahanından "məqbul" ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!