Alimlər: Burun qurdalamanın riskləri var

saytların hazırlanması

Evə çatdırılma

Alimlər: Burun qurdalamanın riskləri var

Sağlamlıq

07 Fevral 2024 12:34 3192


Bir çox insanın burnunu qurdalamaq vərdişi var. Bu, bəzi insanlar üçün adi görünə bilər, lakin yeni araşdırma bunun həqiqətən dəhşətli nəticələri ola biləcəyini ortaya qoyub.

Yenisabah.az xəbər verir ki, barmaqları ilə tez-tez burnuna toxunanların ciddi xəstəliyə tutulma riski var. 

Bu yaxınlarda Qərbi Sidney Universitetinin tədqiqatçıları bu nəticəyə gəlib ki, burnunu tez-tez qurcalayan insanlarda Altsheymer  xəstəliyinə daha çox rast gəlinir: pizza hut

"Altsheymer xəstəliyində neyroiltihab qismən viral, bakterial və göbələk patogenlərinin burun və iybilmə sistemi vasitəsilə beyinə daxil olması ilə əlaqədar ola bilər. Bu zaman mikrobların zərif burun boşluğuna daxil ola və beyində iltihaba səbəb olması mümkündür. Mikrobların yığılması baş verdikdə, amiloid beta zülallarının zərərli yığılmasına səbəb olur”.

Mütəxəssislər bunun Altsheymer diaqnozu qoyulmuş insanların beynində tez-tez olduğunu deyirlər.

Hazırda elm adamları insanlarda Altsheymer xəstəliyinə nəyin səbəb olduğunu dəqiq deyə bilmirlər, lakin xəstələrin beynində tau adlı zülalın əmələ gəldiyi müəyyən edilib. Bu, bədənin immun reaksiyası ilə əlaqələndirilir.

Nəticə etibarilə, tez-tez burunu qurcalamaq bəzi iltihabları artırır və beyinə ötürür. Elm adamları bunun xəstəliyə səbəb ola biləcəyi qənaətindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!