Alimlərimizin koronavirusla bağlı apardıqları tədqiqatın nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Alimlərimizin koronavirusla bağlı apardıqları tədqiqatın nəticələri açıqlandı

Sosial

17 Aprel 2020 14:07 963


Bir qrup Azərbaycan alimi - AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev,  BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

Yenisabah.az xəbər verir ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub.

Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!