Alimpaşa Məmmədovdan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Alimpaşa Məmmədovdan xəbər var

Kriminal

15 Oktyabr 2022 16:40 1373


Həbsdə olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki istintaq yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sabiq məmurla bağlı toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub. pizza

Qeyd edək ki, Alimpaşa Məmmədov vaxtilı oliqarx məmurlardan hesab olunub. Ötən ilin aprelində DTX Xidməti tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AZƏRBAYCANDA OLİQARX OLMAYAN icra başçısı varmı?
    4 years ago