Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxıcaq.
Puqaçovanın prodüserləri artıq onun çıxışları üçün musiqiçiləri axtarır. Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi vurğulanıb. O, bayram günlərində Kipr və Dubayda çıxış edəcək. Pepperoni pizza
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onlar İsraildən Kiprə köçüb.
Telegram kanalımız