Alla Puqaçova İsraildən Kiprə köçdü

saytların hazırlanması

Evə çatdırılma

Alla Puqaçova İsraildən Kiprə köçdü

Şou

23 Oktyabr 2023 12:39 393


Rusiyalı məşhur müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə İsraildən Kiprə köçüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Sovet pop musiqisinin kraliçası hesab edilən Alla Puqaçova Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk etmişdi və İsraildə yaşayırdı.  Sezar pizza

Yerli mətbuatın məlumatına görə, 2017-ci ildə Puqaçova Kiprdə villa alıb və avtomatik olaraq uşaqları ilə Kipr pasportu əldə edib. 

73 yaşlı Puqaçova əri Maksim Qalkinin adının Rusiyada xarici agentlər siyahısına daxil edilməsindən sonra Rusiya Ədliyyə Nazirliyinə müraciət edib: "Məni sevimli ölkəmin xarici agentləri sırasına daxil etməyinizi xahiş edirəm, çünki ərimlə həmrəyəm”. Puqaçova Rusiyanın Ukraynada apardığı müharibənin "xəyali hədəflər uğrunda" olduğunu bildirib. SSRİ Xalq artisti paylaşımında müharibə sözünü işlətməyib, lakin Kremlin xüsusi hərbi əməliyyat adlandırdığı müharibəni bəyənmədiyini açıq şəkildə vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!