“Almaniya bunkerləri möhkəmlədir və dərman ehtiyatı toplayır” - “Röyter”

saytların hazırlanması

Evə çatdırılma

“Almaniya bunkerləri möhkəmlədir və dərman ehtiyatı toplayır” - “Röyter”

Kriminal

10 Aprel 2022 12:46 524


Ukraynadakı münaqişəyə görə Almaniya özünün yeraltı sığınacaq sisteminin möhkəmləndirilməsi üzərində işlərə başlayıb, həm də müharibə halı üçün ehtiyatlar yaratmağa girişib.

Yenisabah.az xəbər verir ki, bu barədə «Röyter» agentliyi məlumat yayıb.

Xarici işlər naziri Nensi Fezer xəbər verib ki, hökumət həm də ictimai sığınacaq sisteminin modernləşdirilməsi imkanlarına və mülki müdafiə üçün xərclərin artırılmasına baxır. Bunlarla bir sırada tibbi avadanlığın, qoruyucu paltarlar və dərmanların böhran ehtiyatı yaradılacaq. pizza

Fezerin məlumatına görə, hazırda AFR-də 599 sığınacaq var. Onların demontajı artıq dayandırılıb və yaxın gələcəkdə hökumət böyük sayda bunkerlərin modernləşdirilməsi məsələsinə baxacaq.

Onun sözlərinə görə, Almaniya yeraltı dayanacaqların möhkəmləndirilməsinin yeni konsepsiyası üzərində işləyir ki, onlar sığınacaq kimi istifadə edilə bilsin. Bundan başqa, hökumət artıq yeni həyəcan siqnalı sistemlərinin qurulması üçün federal torpaqlara 88 milyon avro ayırıb.\AzPolitika.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!