Almaniya kəşfiyyatı: Rusiya Qərblə müharibəyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Almaniya kəşfiyyatı: Rusiya Qərblə müharibəyə hazırlaşır

Dünya

28 Noyabr 2024 10:36 486


Rusiya Qərb ölkələri ilə əsl hərbi qarşıdurmaya hazırlaşmağa davam edir, lakin bundan əvvəl Şimali Atlantika Alyansının (NATO) üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.

Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kal deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün lokal əməliyyatlar aparılacaq. pizza

Kalın fikrincə, Moskva müdafiə alyansının nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. 

Almaniya kəşfiyyatının rəhbəri bir daha vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!