Almaniya səfiri deputatları evinə futbola baxmağa dəvət etdi

Almaniya səfiri deputatları evinə futbola baxmağa dəvət etdi

İdman Veb saytların hazırlanması

23 Noyabr 2022 17:11 850


DÇ-2022-də E qrupunun ilk turunda Almaniya və Yaponiya yığmaları üz-üzə gəlir. Matç Bakı vaxtı ilə 17:00-da başlayıb.

Yenisabah.az xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Manik öz milli komandalarının Yaponiya ilə oyununu evində çoxsaylı qonaqlarla birgə izləyəcək.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa məlumat yayıb. Deputatın sosial şəbəkə hesabında paylaşdığı şəkildən də görünür ki, səfirin qonaqları arasında azərbaycanlı deputatlarla yanaşı, xarici ölkələrin Bakıdakı diplomatik korpuslarının nümayəndələri də var. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!