Almaniya Türkiyəyə yüz milyonlarla avroluq silah ixrac edəcək

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Türkiyəyə yüz milyonlarla avroluq silah ixrac edəcək

Dünya

06 Oktyabr 2024 20:41 724


Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə olaraq Türkiyəyə genişmiqyaslı silah ixracına razılıq verib. Tədarüklərin potensial dəyəri bir neçə yüz milyon avro olaraq qiymətləndirilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniyanın Federal Təhlükəsizlik Şurası Türkiyəyə alman silahlarının, o cümlədən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 100 yer-hava raketi və torpedaların, həmçinin sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün avadanlıqların tədarükünə icazə verib. Sezar pizza

İcazələr İqtisadiyyat Nazirliyinin Bundestaq (parlament) üçün hazırladığı siyahıda göstərilib. Sənədə əsasən, raket istehsalçısı MBDA Türkiyəni gəmilərin hava hücumundan müdafiəsi üçün 100 idarə olunan raketlə təmin edə bilər.

Təhlükəsizlik Şurası, həmçinin "ThyssenKrupp" sənaye konserninin hərbi dəniz bölməsindən 156 milyon avroya 28 "SeaHake" torpedasının tədarükünü təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!