Almaniya XİN rəhbəri Ceyhun Bayramova zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya XİN rəhbəri Ceyhun Bayramova zəng etdi

Siyasət

09 Mart 2026 15:08 411


Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər. Sezar pizza

Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!