Almaniyada deportasiya mərkəzində azərbaycanlılar arasında dava

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada deportasiya mərkəzində azərbaycanlılar arasında dava

Hadisə

30 Dekabr 2019 09:27 1297


Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Avropa bürosuna Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da saat 19:50 radələrində sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan Deggendorfdakı qaçqın düşərgəsində 35 və 20 yaşlı azərbaycanlı arasında mübahisə yaranıb. 35 yaşlı azərbaycanlı qonşu otağa gedərək 20 yaşlı həmvətənini döyüb. Nəticədə sonuncu göz nahiyəsindən xəsarət alıb. Davaya daha iki azərbaycanlı da qoşulub. Hadisə yerinə gələn polis əməkdaşları onları saxlayıb. Xəsarət alan şəxs Deggendorfdakı hospitala aparılıb.  Toyuqlu pizza

Xəstəxanadan “Report”a bildirilib ki, yaralı azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra təzədən düşərgəyə qaytarılıb. 

Deggendorf şəhər polisindən isə vurğulanıb ki, saxlanılan şəxslərin ilkin ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!