AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB

İqtisadiyyat

26 Avqust 2025 16:38 361


Mərkəzi Bank tərəfindən elan olunmuş tender ləğv edilib.

Yenisabah.az xəbər verir ki, sözügedən tender elektrik mallarının satın alınması ilə bağlı elan edilmişdi. Müsabiqə 29 iyul 2025-ci il saat 17:17-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 20 avqust 2025-ci il saat 17:00-da baş tutmalı idi. Tender üzrə ehtimal olunan qiymət 52 min 524 manat olaraq müəyyən edilmişdi.

Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!