AMB: Pul köçürmələri ilə ölkəyə 1 milyard vəsait daxil olub

saytların hazırlanması

Evə çatdırılma

AMB: Pul köçürmələri ilə ölkəyə 1 milyard vəsait daxil olub

İqtisadiyyat

01 Sentyabr 2025 10:47 347


2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 990.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 280.9 milyon manata bərabər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 6.4% və ya 68 milyon manat, banklardan xaricə köçürmələr isə 7.3% və ya 22.1 milyon manat azalıb. pizza sifarişi

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!