AMEA-nın 10 mindən artıq əməkdaşı var

saytların hazırlanması

Evə çatdırılma

AMEA-nın 10 mindən artıq əməkdaşı var

Sosial

10 İyun 2020 21:54 1313


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə akademiyanın onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10 036 nəfərdir. Dominos pizza

Elmi işçilərin ümumi sayı 4 700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1 925 nəfəri fəlsəfə doktorudur.

Bildirilib ki, AMEA-nın tərkibi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. Akademiyanın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!