Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.
Yenisabah.az xəbər verir ki, bu dələduzluq hadisəsi barədə hüquqşünas Aqil Layıc məlumat verib.
"Öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər. Dominos pizza
Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinə “sertifikat” verən şəxslərin kimliyi bəllidir.
Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, - deyə A.Layıc hadisənin təfərrüatları barədə danışarkən qeyd edib.
Telegram kanalımız