Amerika Kinoakademiyası aktyoru cəzalandıra bilər

saytların hazırlanması

Evə çatdırılma

Amerika Kinoakademiyası aktyoru cəzalandıra bilər

Şou

31 Mart 2022 09:33 684


ABŞ-ın Kino Sənətləri və Elmləri Akademiyası aktyor Uill Smitə qarşı intizam işi açıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə kinoakademiyanın çərşənbə günü yaydığı məlumatda deyilir.

İntizam işi "Oskar" mükafatı mərasimində Smitin komediya ustası Kris Rokun üzünə sillə  vurması ilə bağlıdır. pizza mizza

“Bu gün Rəhbərlər Şurası davranış kodeksini pozduğuna görə Smitə qarşı intizam icraatına başlayıb”, - deyə sənəddə vurğulanır. Daha sonra Smitin “uyğun olmayan fiziki təmasda olduğu, təhqiramiz və təhdidedici hərəkətlər etdiyi və kino akademiyasının əsas prinsiplərini pozduğu” qeyd olunur.

Akademiya şəxsən Kris Rokdan, eləcə də tamaşaçılardan üzr istəyib.

Açıqlamaya görə, təşkilatçılar Smitdən heykəlciklərin saxlandığı "Dolby" teatrını tərk etməsini istəyib, lakin o, bundan imtina edib.

Akademiyanın Rəhbərlər Şurasının iclası aprelin 18-nə planlaşdırılıb və bu iclasda Uill Smitə qarşı tədbir görülə, o cümlədən onun kino akademiyasına üzvlüyü dondurula və ya ləğv oluna, eləcə də digər sanksiyalar tətbiq oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!