Birləşmiş Ştatlarda son sutka ərzində koronavirusdan 1.017 nəfər həyatını itirib.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, ABŞ-də COVID-19-dan ölənlərin ümumi sayı 623 minə çatıb.
“Delta” ştamının geniş yayılması ucbatından Co Bayden administrasiyası səyahətçilərin təyyarələrdə, qatar və avtobuslarda, hava limanlarında, o cümlədən qatar stansiyalarında maska taxması tələbini yanvarın ortalarına qədər uzatmağı planlaşdırdıqlarını açıqlayıb. pizza
Son 12 gündə ABŞ-də gündə orta hesabla 100 mindən çox insan virusa yoluxur.
Bu, son 6 ayın ən yüksək həddidir.
Telegram kanalımız