Amerikalı müşavir Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı müşavir Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq

Siyasət

22 İyul 2024 14:56 556


ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda məsləhətçi dəstəyinə başlamaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi “Azadlıq” radiosuna “amerikalı nümayəndənin Ermənistan Müdafiə Nazirliyində dəqiq nə vaxt işə başlayacağı” ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfirliyin bildirdiyinə görə, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək. pizza hut

Xatırladaq ki, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Uzra Zeya erməni mediasına verdiyi müsahibədə Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağına dair qərarın verildiyi barədə məlumatı təsdiqləyib.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!