ABŞ prezidenti Co Baydenin populyarlığı vəzifəsinin icrasına başlamasından bəri ən aşağı səviyyəyə enib.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Baydenin populyarlığı Əfqanıstan hökumətinin süqutundan sonra 7% aşağı düşüb.
Respondentlərin 46 faizi prezidentin performansından məmnundur. Marqarita pizza
Bundan əvvəl Birləşmiş Ştatların dövlət başçısına etimad göstəricisi 53 faiz idi.
Sorğunun nəticələri göstərir ki, amerikalıların əksəriyyəti ABŞ prezidenti Co Baydenin Əfqanıstandan qoşunları çıxarmaq qərarından narazıdır.
"Trafalgar Group"un keçirdiyi sorğuda respondentlərin 69 faizi Baydenin ABŞ-ın müharibə gedən Əfqanıstanda hərbi varlığını necə idarə etməsindən narazılığını bildirib.
Sorğu iştirakçılarının yalnız 23 faizi prezidentin qırarını müsbət qarşılayıb.
Telegram kanalımız