Ana həbsdəki oğluna blinçikin içində heroin apardı

saytların hazırlanması

Evə çatdırılma

Ana həbsdəki oğluna blinçikin içində heroin apardı

Hadisə

26 İyul 2023 15:45 647


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə - heroin aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!