Ana iki aylıq körpəsini pəncərədən atdı

saytların hazırlanması

Evə çatdırılma

Ana iki aylıq körpəsini pəncərədən atdı

Hadisə

25 Dekabr 2025 18:11 916


Türkiyənin Diyarbakır vilayətinin Kayapınar rayonunda dəhşətli hadisə baş verib. İki ay əvvəl ana olan N.E. körpəsini naməlum səbəbdən psixoloji sarsıntı keçirərək binanın 4-cü mərtəbəsindən aşağı atıb. Körpəyə hadisə yerində tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni Sabah" xəbər verir ki, polis tərəfindən saxlanılan ana barəsində araşdırma aparılır. Səlahiyyətli qurumlar qadının psixoloji vəziyyəti və hadisəyə səbəb olan amillərin müəyyənləşdirilməsi istiqamətində istintaqın davam etdiyini bildiriblər.

Hadisə Diyarbakırda və sosial şəbəkələrdə geniş rezonans doğurub. Mütəxəssislər isə doğuşdan sonrakı psixoloji dəstəyin əhəmiyyətinə diqqət çəkərək, bu sahədə boşluqların ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıblar. pizza

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!