Analitiklərdən bədbin proqnoz: “Suriyada hakimiyyət boşluğu yaranacaq”

saytların hazırlanması

Evə çatdırılma

Analitiklərdən bədbin proqnoz: “Suriyada hakimiyyət boşluğu yaranacaq”

Dünya

10 Dekabr 2024 14:54 322


Suriya prezidenti Bəşər Əsədin devrilməsi sərt xəttli islamçı hökumətin yaranmasına və ya ölkədə islamçı qrupların artan təsirinə nəzarət edə bilməyən hökumətin yaranmasına səbəb ola bilər.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu analitik və diplomat bildiriblər.

Körfəz Araşdırmalar Mərkəzinin analitik mərkəzinin direktoru Əbdüləziz əs-Sagerdən deyib: "Bölgənin daxilində və xaricində Əsədin qəfil süqutu ucbatından yarana biləcək hakimiyyət boşluğundan böyük qorxu var". pizza mizza

Nümunə kimi o, İraq və Liviyanın keçmiş liderləri Səddam Hüseyn və Müəmmər Qəddafinin devrilməsindən sonra uzun sürən vətəndaş müharibələrini göstərib.

"Üsyançı qüvvələrin parçalanması ilə Suriyanı idarə etmək üçün heç bir plan yoxdur və ekstremist islamçı qrupların çiçəklənməsinə imkan verə bilər", - yüksək səviyyəli Qərb diplomatı bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!