Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Əhmədovun hücuma məruz qalması ilə bağlı paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, Anar Bağırov vəkillə danışdığını bildirib:
"Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ DİN tərəfindən araşdırılır. Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacam". Toyuqlu pizza
Qeyd edək ki, Elçin Əhmədov Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib. Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.
Telegram kanalımız