Anar Əsədli ilə bağlı yeni qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Anar Əsədli ilə bağlı yeni qərar verildi

Kriminal

10 Oktyabr 2025 19:09 551


Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunub.

Anar Əsədlinin vəkili Hikmət Əliyev APA-ya bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Baş Prokurorluq Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı ləğv edərək iş üzrə istintaqı yeniləyib. Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu gün Bakı Ağır Cinatətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. pizza mizza

Prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası 24 oktyabra təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!