Anası ilə dalaşandan sonra özünü yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Anası ilə dalaşandan sonra özünü yandırdı

Hadisə

10 İyul 2023 09:11 2873


Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında orada ölüb. 

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.  Dördpendirli pizza

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!