17 oktyabr 2021-ci ildə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Nərimanov rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dördpendirli pizza
Rəsmi əlumata görə, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Telegram kanalımız