Andrey Lunin “Qalatasaray”dan təklif gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Andrey Lunin “Qalatasaray”dan təklif gözləyir

İdman

31 May 2025 14:16 446


Ukraynalı qapıçı Andrey Lunin yayda İspaniyanın "Real Madrid" klubundan ayrılmaq və "Qalatasaray"da çıxış etmək istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

26 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Türkiyənin "Qalatasaray" klubu da ukraynalı qolkiperin transferində maraqlı olduğundan, tərəflər arasında danışıqlara ən qısa zamanda başlanacaq. pizza hut

"Real Madrid" isə oyunçunu 20 milyon avro müqabilində buraxmağa hazırdır.

Qeyd edək ki, Luninin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!