Andrey Şevçenkodan paylaşım: “Birlikdə qalib gələcəyik!“

saytların hazırlanması

Evə çatdırılma

Andrey Şevçenkodan paylaşım: “Birlikdə qalib gələcəyik!“

İdman

24 Fevral 2022 17:05 3250


Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsi ilə Rusiya arasında başlanan müharibəyə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, 45 yaşlı keçmiş futbolçu müharibə ilə bağlı şəxsi "İnstagram" hesabında paylaşım edib.

“Ukrayna mənim vətənimdir! Xalqımla və ölkəmlə həmişə qürur duymuşam. Çox çətin dövrlərdən keçmişik, geridə qalmış 30 ildə millət olaraq formalaşmışıq. Səmimi, zəhmətkeş və azadlıqsevər xalq! Bu, bizim ən vacib sərvətimizdir! Bu gün bizim hamımız üçün çətin vaxtdır. Amma biz birləşməliyik! Birlikdə qalib gələcəyik!" Toyuqlu pizza

Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisini çalışdırıb. O, 1995-2012-ci illərdə bu yığmada çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!