Ankara: ABŞ “Qazprombank”a dair istisna edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ankara: ABŞ “Qazprombank”a dair istisna edəcək

Dünya

20 Dekabr 2024 12:03 399


Türkiyə Amerika administrasiyasının Ankaranın "Qazprombank"la əlaqəsini sanksiyalardan istisna etmək qərarına gəldiyini bildirib.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, rəsmilərin açıqlamasında deyilir:

“Türkiyə ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalardan istisnalıq hüququ alır”. Marqarita pizza

Bundan əvvəl, Cümə axşamı Macarıstanın Qazprombank vasitəsilə qaz ödənişlərini həyata keçirməyə icazə aldığı barədə məlumatlar yayılıb.

Noyabr ayında ABŞ Maliyyə Nazirliyi 50-dən çox Rusiya bankını, o cümlədən "Qazprombank", "DOM.RF Bank", "BCS Bank" və "Sinara investisiya bankını sanksiyalar siyahısına daxil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!