Ankarada azərbaycanlı heykəltəraşın sərgisi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Ankarada azərbaycanlı heykəltəraşın sərgisi açıldı

Mədəniyyət

21 Oktyabr 2021 10:38 1570


Ankarada yaşayan tanınmış azərbaycanlı heykəltəraş Səid Rüstəmin əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, heykəltəraşa məxsus “Sait Rüstəm Sənət Evi”ndə baş tutan mərasimdə ölkəmizin Türkiyədəki səfirliyinin, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sərgidə zəngin material və üslub imkanlarından istifadə edilərək müxtəlif ölçülərdə yaradılan heykəllər və rəsm əsərləri nümayiş olunub. Müəllifin müxtəlif janr və üslublarda ərsəyə gətirdiyi sənət nümunələri ziyarətçilərdə böyük maraq doğurub.

Qeyd edək ki, Səid Rüstəmin yaratdığı heykəllər Türkiyənin bir çox bölgələrində ucaldılıb. Onun əsərləri Rusiya, ABŞ və Gürcüstanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!