ANS-in keçmiş aparıcısının atası da koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

ANS-in keçmiş aparıcısının atası da koronavirusdan öldü

Sosial

06 İyul 2020 07:58 1862


Azərbaycanda bir necə gün öncə anasını koronavirusdan itirən tanınmış aparıcının atası da vəfat etdi.

“Yeni Sabah” xəbər verir ki, bir neçə il öncə fəaliyyətini dayandıran ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVİD-19 testi ötən ay pozitiv nəticə vermişdi. Onların hər ikisi "Yeni Klinika"ya yerləşdirilmişdilər. Bu gün aparıcı atasının da virusdan dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, N.Əhmədovanın anası həkimlərin bütün səylərinə baxmayaraq bir həftə öncə vəfat edib. pizza mizza

Uzun müddət ANS PRESS portalının da baş redaktoru,eləcə də "Xəbərçi"nin aparıcısı olan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır. /Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!