Türkiyənin Antalya şəhərində meşə yanğını qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu brədə TRT telekanalı məlumat verib.
Məlumata görə, yanğına güclü isti səbəb olub. Güclü külək yanğının sürətlə yayılmasına şərait yaradıb. Antalya rəhbərliyi bunun indiyədək baş vermiş ən böyük yanğın olduğunu bildirib. Toyuqlu pizza
Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.
Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.
Telegram kanalımız