Aparıcı aparıcıdan polisə şikayət etdi: Mənə böhtan atılıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı aparıcıdan polisə şikayət etdi: Mənə böhtan atılıb - Video

Şou

27 Noyabr 2023 16:04 930


Aparıcı Ellada Eyvazova həmkarı Zaur Nəbioğlundan polisə şikayət edib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, buna səbəb Zaurun "Rəngarəng" verilişində Ellada haqqında səsləndirdiyi iddialar olub.

Ellada bildirib ki, həmkarı onu proqramına dəvət edəndə müğənni Pünhan Piriyevlə bir səhnəcik quracaqlarını söyləyib. Marqarita pizza

Eyvazova Zaurun dəvətini qəbul edib və efirdə deyildiyi kimi, Pünhanla bir səhnəcik qurulub, guya xanım aparıcının ifaçı ilə evlənmək istədiyi söylənilib. Lakin bundan sonrakı buraxılışda Eyvazovadan xəbərsiz onunla bağlı böhtançı ifadələr səsləndirilib.

Zaur müğənni ilə Elladanın verilişdən birgə ayrıldıqlarını, aparıcının müğənninin maşını ilə getdiyini, daha sonra isə qəhvə içdiklərini deyib.

Pünhanı isə bunu təsdiqləməsi üçün razı salıb. Bu proqramı izləyən Eyvazova həm Zaura, həm də Piriyevə yazıb, nə üçün yalan danışdıqlarını soruşub. Hər ikisinin də səs yazısını paylaşan aparıcı onların yalan danışdıqlarını etiraf etdiklərini bildirib.

Səs yazısıda Pünhan hər şeyi ona Nəbioğlunun söylədiyini, onun təkidi ilə yalan danışdığını bildirib. Z. Nəbioğlu isə səhvini qəbul edərək Elladanın bunları instaqramda yazmamasını, proqrama çıxıb orada danışmasını istəyib. Xanım aparıcı bununla razılaşmayıb və polisə müraciət edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!