Aparıcı Aygün Bəylər haqda yazdı: “Oğlan qiyafəsində...”

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı Aygün Bəylər haqda yazdı: “Oğlan qiyafəsində...”

Mədəniyyət

07 Yanvar 2024 11:24 2120


“İnsanın necə həyat keçirdiyini bilmək istəyirsənsə, onun necə öldüyünə bax".

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı İradə İsak özünün “Facebook” hesabında yazıb.

O əlavə edib: "Aygün Bəylər sənətinə, gözəl səsinə layiq şəkildə əsl müğənni kimi oxudu, son imtahanını, son borcunu da sevənlərinə gəldiyi yerdə, səhnədə verdi və getdi. İndiyə qədər belə gözəl və düzgün şəkildə səhnədən gedən müğənni olmamışdı. İndiyə qədər kimsə xəstə-xəstə oxumamışdı, son gülləsini xərcləməmişdi, enerjisini özünə saxlamışdı. Demək ki, özü demişkən, bir çoxundan fərqli olaraq, iliyinə qədər sənətkar elə O imiş...” Dominos pizza

Aparıcı mərhum sənətçinin səsinə təriflər yağdırıb:

"Özünü oğlan qiyafəsində göstərdin bizə. Amma səsin o qədər zərif, o qədər xanım idi ki... Bir dəfə demişdim, ürəklə oxuyanlarımızın səsi zəifdir, səsi olanların ürəyi, mahnını yaşaya, yaşada bilmirlər. Sən bu klişeni də dağıtmışdın. Oxumurdun, yaşayırdın hər kəlməni. Səninlə oxumaq hər səsin işi də deyildi.

Bütün dünyada belə səsli müğənnilərə "Diva" deyirlər. Çünki divlik səslə olur, tərzlə deyil. Özün demiş, elə tərz də, imic də, fərqlilik də, təbiilik də səndə idi. Bu tərzdə dünyada bircə oxuyan, belə rahat, sərbəst, doğma və bəzəksiz danışan da sən idin. Sən özün idin, Aygün, başqalarının bədəni, sənin səsin, danışığın çılpaq idi, boyasız, pudrasız, baxımsız, xalisindən yəni. Xalqınkını əməkdar, ciy-ciyləri xalq edən yerdə çox yaşaya bilməzdin sən. Bunca haqsızlığa sona qədər dözə də bilməzdin.

Balanı kimə əmanət etmisən, bilmirəm. Amma Allah bu dünyada bizə yaşatdığın gözəlliklərə xatir ona daim kömək olsun!

Yerin səni incitməsin, balaca, yaxşı qız, böyük səs. Yeri görünənlərdən, adı yaxşı anılanlardan, torpağı xoş xəbər aparanlardan olacaqsan. Rahat yat!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!