Aparıcı: “Dedim, bəyəm mən oğurluğa çıxmışam?!”

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı: “Dedim, bəyəm mən oğurluğa çıxmışam?!”

Şou

07 Oktyabr 2025 16:28 462


Elgiz Əkbər başına gələn hadisədən danışıb.

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, teleaparıcı motosikletlə kuryerlik edənlərdən şikayətlənib:

"Yəqin ki, sürücülərin çoxu bununla qarşılaşıblar. Motosikletlə kuryerlik edən uşaqların çörək pulu qazanmasına sözüm yoxdur. Amma bunu elə qazanın ki, digərlərinin sağlamlığına xətər yetirilməsin. Dominos pizza

O gün maşında dirsəyim pəncərədən kənara çıxarmışdım, yanımdan elə keçdi ki... Qolumu çəkməsəydim, az qala motosikletlə vuracaqdı. Soruşuram ki, bu necə sürməkdir? Maşının yanından belə sürətlə keçmək olmaz. Qarşına insan çıxa bilər. Mənə cavab verdi: "Toxun acdan nə xəbəri, çörək pulu qazanmağa çıxmışam".

Soruşdum ki, mən oğurluğa çıxmışam?! Hamı evindən bir parça çörək pulu üçün çıxır. Hansısa rayondan gəlib, kuryer işləyir. Başa saldım, üzr istədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!