Aparıcının subyetiv fikri, yoxsa təhqir? –   “Bundan qat-qat ciddi nüanslar diqqətdən kənarda qalır”

saytların hazırlanması

Evə çatdırılma

Aparıcının subyetiv fikri, yoxsa təhqir? – “Bundan qat-qat ciddi nüanslar diqqətdən kənarda qalır”

Sosial

02 Aprel 2025 15:50 570


Aparıcı Nigar Fərhadın “Sözün bitdiyi an” verilişində “oğlum olsa, ona atasız qız almaram” ifadəsi geniş müzakirəyə səbəb olub. Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Lakin bəzi insanlar aparıcının efirdə səsləndirdiyi fikrin subyetiv yanaşmadan ibarət olduğunu və heç bir təhqir elementi daşımadığını bildiririr.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan media eksperti Zeynal Məmmədli bildirib ki, aparıcı sözügedən fikri son həqiqət kimi çatdırıb:

“Bu məsələdə sosial məsuliyyət var. Əgər aparıcı bundan istifadə edib vəziyyəti üzə çıxarmaq istəyirsə, fikrini insanları polemikaya, müzakirəyə çağıran mövzu formasında çatdırırsa, o cür demək olar. Amma bunu öz fikri və son həqiqət kimi demək bütün mənalarda ayrıseçkilikdir. Pepperoni pizza

Görün nə qədər atasız insan var. Bu şəkildə ifadəyə görə təbii ki, aparıcı məsuliyyət daşımalı və televiziya cəzalandırılmalıdır”.

Ekspert qeyd edib ki, Nigar Fərhad bu addımına görə cəzaya layiqdir:

“Amma ümumən televiziyalarda cəzalandırılmalı olan o qədər başqa şeylər var ki! Çox təəssüf ki, belə məsələlərə diqqət yetirir, amma bundan qat-qat daha ciddi nüanslar diqqətdən kənarda qalır.

Xanım aparıcının bildirdiyi ifadə müzakirəyə, şərhə açıq deyil. Birmənalı şəkildə, ifadə olunan fikir müzakirə doğurmaq üçün deyil, son həqiqət kimi deyilibsə, cəzaya layiqdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!