Aprelin son günü hava necə olacaq? - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Aprelin son günü hava necə olacaq? - PROQNOZ

Sosial

29 Aprel 2025 12:50 312


Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. pizza mizza

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!