“Aqili imam kimi hər gecə yuxumda görürdüm”

saytların hazırlanması

Evə çatdırılma

“Aqili imam kimi hər gecə yuxumda görürdüm”

Kriminal

25 Oktyabr 2022 17:40 1354


Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses qapalı olub. Hakim bu dəfə səbəb göstərməyərək jurnalistləri zaldan çıxarıb. 

İclasda vəkillər vəsatət qaldıraraq zərərçəkmişlərin zala tək-tək dəvət olunmalarını istəyib. Onlar bunu zərərçəkmişlərin təhqiredici ifadələr işlətməsi ilə əsaslandırıblar.  pizza sifarişi

Bu vəsatət təmin edilməyib.

Bundan sonra zərərçəkmiş şəxs qismində Kavə Rövşənin ifadəsi dindirilib. O ifadəsində avtomobil və avtomobil aksesuarları ilə məşğul olduğunu deyib. İddiaya görə, iş üzrə ona 72 min manat ziyan dəyib. O, həmin pulları zəkat qismində verdiyini deyib. Şahidin sözlərinə görə Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib: 

“Sonralar isə hər gecə yuxumda onun imam olduğunu görürdüm. Nə sual verirdimsə hamısına mükəmməl cavab verirdi. Sonralar yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi, qiyamət olacaq, yuxuda görürdüm, deyirdi yağış yağacaq, gecəsi yuxuda görürdüm. Bundan əlavə hər dəfə yuxuda bunun imam olduğunu görürdüm. Belə deyək, məni ovsunlamışdı".

Vəkil: Aqilin hansı qeyri-adi hərəkətini görüb ona inandınız?

Zərərçəkmiş: Nə deyirdisə, yuxuma girirdi.

Təqsirləndirilən şəxs zərərçəkmişin ifadəsini qəbul etməyib. Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmiş qardaşı ilə birgə yığıb: "Özləri yığıb, özləri də paylayıblar".

Növbəti proses noyabrın 15-ə təyin olunub.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!