Araz Ağalarov yeni baş nazir haqda danışdı

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarov yeni baş nazir haqda danışdı

Rəsmi

20 Yanvar 2020 19:44 1552


Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.

"Yeni Sabah" xəbər verir ki, Ağalarov "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin "dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

"Mişustinə gəldikdə mən sizə bir şey deyə bilərəm: o, dünyada ən yaxşı vergi sistemi qurub. Mən bunu başqalarından eşitməmişəm, çünki onun yaratdığı vergi sistemi bizim hamımıza aid idi. Mahiyyətcə bütün bu nəhəng ölkə onun kassasında "oturub”. Fantastik səslənsə də o, bütün vurulan qəbzləri görür. O, hər qutu südün və ya kiloqram qəndin satışını qeydə alır. Bütün ölkə boyu! Və əlbətdə bu, ağlasığmaz nailiyyətdir”,-biznesmen deyib. Marqarita pizza

Ağalarovun fikrincə əgər Mişustin vergidə olduğu kimi hökumət başçısı olaraq pulların xərclənməsi üzərində də o cür nəzarət qura bilsə nəticəsini tezliklə görmək mümkün olacaq. "əgər büdcə pullarını düzgün xərcləməyə başlasaq həmin pullar iqtisadiyyata xeyir verəcək. Nəticədə minimal əmək haqqını qaldırmaq imkanı yaranacaq. Deməli kasıblıqla da mübarizə aparmaq mümkün olacaq.  /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!