Araz Ağalarovdan iş adamlarına təklif

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarovdan iş adamlarına təklif

İqtisadiyyat

14 İyun 2019 22:14 1264


Azərbaycan mənşəli rusiyalı sahibkar, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov türkiyəli biznesmenlərə “Crocus Expo”da güzəştli şərtlərlə sərgilər təşkil olunmasını təklif edib.

“Yeni Sabah” xəbər verir ki, biznesmen bu barədə Türkiyənin “Medya Günlüğü” saytına müsahibəsində məlumat verib. Rusiya ilə Türkiyə arasında əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulayan A.Ağalarov qeyd edib ki, tikinti, kənd təsərrüfatı, ticarətin təşkili sahəsində türkiyəli mütəxəssislərə Rusiyada ehtiyac ola bilər. 

O, dünyada ən iri sərgi mərkəzlərindən birində - “Crocus Sity” kompleksinə daxil olan “Crocus Expo”da güzəştli şərtlərlə Türkiyənin milli və tematik sərgilərinin, həmçinin informasiya xarakterli tədbirlərin təşkil olunmasını təklif edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!