Araz çayında çimən ata və 3 yaşlı oğlu boğuldu 

saytların hazırlanması

Evə çatdırılma

Araz çayında çimən ata və 3 yaşlı oğlu boğuldu 

Hadisə

13 İyul 2023 09:24 953


İmişlidə Araz çayında çimən ata və üç yaşlı oğlu batıb. 

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Şahverdili kəndində baş verib. 

Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulublar.  pizza

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!