Ard-arda 9 dəfə məğlub oldular, türk məşqçi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ard-arda 9 dəfə məğlub oldular, türk məşqçi istefa verdi

İdman

28 Yanvar 2023 10:17 882


“Qaziantep” (Türkiyə) baş məşqçisi Erol Bulutu istefaya göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə yollar komandanın Superliqanın cari mövsümündəki uğursuz çıxışlarına görə ayrılıb. “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda bu mövsüm keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və turnir cədvəlində 13-cüdür.

Qeyd edək ki, Erol Bulut 2021-ci ilin mayından “Qaziantep”i çalışdırırdı. Komanda onun baş məşqçiliyi altında ümumilikdə 65 matçda 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 dəfə məğlub olub. Bulut karyerası ərzində "Malatyaspor" (2017-2019), "Alanyaspor" (2019-2020), "Fənərbaxça" (2020-2021) kimi komandalara baş məşqçilik edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!